Qardaşını pulta "dəyişdi" - 17 il həbs olundu

18 Oktyabr 2018 14:13 (UTC+04:00)

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizor pultu üstündə qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevlə mübahisə edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Bu zaman mətbəxdən bıçaq götürən Əli qardaşını vuraraq evdən qaçıb.

M.Əliyev konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub. (qafqazinfo)

© AzNews.az