Badamdarda sürüşmə fərdi tikililərə doğru irəliləyir - Qərargah

18 Oktyabr 2018 15:35 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzNews.az - a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir:

"Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib".