“Makqreqorla yenidən görüşmək istəyirəm” - Meyvezer

18 Oktyabr 2018 19:06 (UTC+04:00)

Məğlubedilməz professional boksçu Floyd Meyvezer UFC çempionu Həbib Nurməhəmmədovla döyüşdən sonra irland döyüşçü Konor Makqreqorla revanş istəyib.

Bu barədə o, sosial şəbəkədə yazıb: “Bizim Makqreqorla tariximiz hələ sona çatmayıb. Nurməhəmmədovla döyüşdən sonra Konor Makqreqorla yenidən görüşmək istəyirəm”.

Xatırladaq ki, Meyvezer ötən ilin avqustunda Makqreqoru məğlub edib.(qafqazinfo.az)

AzNews.az