Neymar Fransa klubundan ayrıla bilər - 220 milyon avro versələr

18 Oktyabr 2018 21:24 (UTC+04:00)

Bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq.

Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub.(report.az)

AzNews.az