“Coca-Cola” şirkətində yeni prezident

18 Oktyabr 2018 21:55 (UTC+04:00)

Şirkətin yeni prezidenti vəzifəsinə 2019-cu il yanvarın 1-də başlayacaq.

Bu posta şirkətin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə şöbəsinin hazırkı rəhbəri Brayan Smit gətiriləcək.

Əvvəlki prezident Ceyms Kvinsi 2017-ci ilin mayında şirkətin baş direktoru olduqdan sonra prezident və baş operativ direktor postlarında vakansiya yaranıb.(qafqazinfo.az)

AzNews.az