Mehmet Əli Ərbil xəstəxanalıq oldu

18 Oktyabr 2018 23:29 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru və televiziya aparıcısı Mehmet Əli Ərbil xəstəxanaya düşüb.

61 yaşlı aktyorun qızı Sezin Ərbil atasının evdə yıxılaraq zərbə aldığını bildirib.

"Atamın vəziyyəti kritik deyil, amma bədənində sınıqlar var", - deyə Sezin Ərbil deyib.

Qeyd edək ki, hazırda Mehmet Əli Ərbil "Show" televiziyasında yayımlanan "Çarkı felek" proqramının aparıcısıdır.(teleqraf.com)

AzNews.az