Novak Cokoviçin daha bir uğuru

19 Oktyabr 2018 04:45 (UTC+04:00)

Serbiyalı tennisçi Novak Cokoviç (dünyanın "3" nömrəli tennisçisi) "Shanghai Rolex Masters" turnirinin həlledici qarşıdurmasında reytinq cədvəlində 19-cu yeri tutan 21 yaşlı xorvatiyalı Borna Coriçə (6/3, 6/4) qalib gəlib.

96 dəqiqə ərzində Cokoviç rəqibindən bütün parametrlər üzrə üstün olub.

Bu qələbə Novak Cokoviçin reytinqini 1000 bal artırıb və ona 1 360 560 dollar mükafat qazandırıb.(AZƏRTAC)

AzNews.az