Kərim Benzema adam oğurlayıb? - Şok iddia

19 Oktyabr 2018 07:43 (UTC+04:00)

İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.

Mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun sabiq agenti Leo D’Souza məhkəməyə müraciət edərək, Benzemanın qohumlarını oktyabrın 8-da onu oğurlamağa cəhddə ittiham edib.

Hadisəyə Kərim və Leo arasında həll olunmamış 50 min avro məbləğində maliyyə məsələsi səbəb ola bilər.

Bildirilir ki, Paris Prokurorluğu sözügedən iş üzrə araşdırmalara başlayıb.(report.az)

AzNews.az