Kredit kartı ölçüsündə smartfon təqdim edilib - Foto

19 Oktyabr 2018 09:15 (UTC+04:00)

“iz.ru” saytı yazır ki, qurğunun qalınlığı 5,3 mm təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.

Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.

1 ay ərzində bazara çıxarılacaq qurğunun qiyməti 284 dollar məbləğində qiymətləndirilir. (“ICTnews”)

© AzNews.az