Yanğınsöndürənlər gəlməsəydi... - Rayonda bədbəxt hadisə

19 Oktyabr 2018 09:49 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Əyyublu kəndində ümumi sahəsi 75 m² olan tikilidə yanğın olub. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bahar RÜSTƏMLİ

AzNews.az