“Galatasaray”a maliyyə şoku- Araşdırmalar başlandı

19 Oktyabr 2018 12:00 (UTC+04:00)

AzNews.az “Milliyet-Skorer”ə istinadla xəbər verir ki, UEFA “Galatasaray” futbol klubunun gəlirlərində nöqsanlar aşkar edərək, bu barədə araşdırma prosesi başladıb.

Futbol klubunun yaşadığı maddi problemə görə Qomisi “satmağı” və Maykonu tezliklə “əldən çıxarmaq” istədiyi də bildirilib.

Klubun lideri Mustafa Çingiz isə açıqlamasında “cəza gözləmirik, amma böyük danışmaq olmaz, nə olacağını vaxtı gələndə biləcəyik”, - deyə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Galatasaray” UEFA-ya maliyyə hesabatı vermişdi.

Nurlan AĞA
AzNews.az