Qurban Qurbanovdan futbolçulara QADAĞA

19 Oktyabr 2018 13:35 (UTC+04:00)

Bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.

Qeyd edək ki, həmin matç yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.

Qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar.

Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir. (qol.az)

© AzNews.az