Zakir Həsənov holdinq rəhbərləri ilə görüşdü

19 Oktyabr 2018 15:45 (UTC+04:00)

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, şirkətlə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti, istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib.

AzNews.az