“Tales Şützdən xəbər-ətər yoxdur”
4 Aprel 2013 15:40 (UTC+04:00)
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze zədəli futbolçularının vəziyyətinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, gürcü çalışdırıcı əsas diqqəti ötən yay transfer edərək, uzun müddətdir oynamayan hücumçular – həmyerliisi Georgi Adamiya ilə braziliyalı Tales Şützə yönəldib.
Belə ki, Sxadadzenin cari mövsümdə debüt etməyən ucaboylu cənubi amerikalı ilə bağlı fikirləri maraqlı olub: "Yəqin ki, Şütz mövsümü artıq bitirib. O, bir neçə dəfə əməliyyat olunub. Açığı, qışda Braziliyaya gedib. Həmin vaxtdan bu yana ondan xəbər-ətər yoxdur. Klubun menecerləri Taleslə əlaqə saxlayırlar. Onun vəziyyəti ilə bağlı aydınlıq yoxdur. Adamiya və Şützün zədələri komandanın hücum potensialına öz mənfi təsirini göstərib. Təəssüf ki, belə alındı. Georgi artıq sıraya dönür. Fikrimcə, o, son bir neçə oyuna çıxış edə bilərək, komandaya kömək edəcək. Əlbəttə, onların olmamağı bizə çox təsir etdi".
AzNews.az