“Bomba kimi gəlirəm, gözləyin”

4 Aprel 2013 15:41 (UTC+04:00)
Bu yaxınlarda "Elit star" Cəmilənin jurnalist Elşad Ümüdlə birgə çəkdirdiyi səmimi pozalar mətbuatda böyük səs-küyə səbəb oldu. Belə bir söhbət yayıldı ki, bu şəkillər müğənni ilə jurnalist arasında "isti münasibətlər"in olduğunu ortaya qoyub.

Həmin arada susan Cəmilə xanım isə indi AzNews.az-a məsələylə bağlı açıqlama verib: "Bu bir zarafat idi. Elşadla dostam".

Yaradıcılılığında nəzərdə tutulan yeniliklərə gəlincə isə müğənni iddialı açıqlama verib: ""Bomba" kimi gəlirəm. İnşallah, gözləyin".

Bahar Rüstəmli
AzNews.az