UEFA “Mançester Yunayted”i cəzalandırdı

19 Oktyabr 2018 20:46 (UTC+04:00)

Buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya "Valensiya"sı ilə keçirilmiş matçın gec başlamasıdır.

İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Valensiya" matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna matçın başlamasından bir neçə dəqiqə sonra çatıb.(report.az)

AzNews.az