Brüsseldə 53.3 milyard avroluq - Müqavilə imzalandı

19 Oktyabr 2018 20:53 (UTC+04:00)

Avropa Birliyi (AB) ilə Sinqapur arasında sərbəst ticarət və sərmayə müqaviləsi imzalanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi Brüssel şəhərində baş verib.

Bu müqavilənin müzakirələrinə 2010-cu ildə başlanmışdı. Müqaviləyə əsasən gömrük vergiləri qarşılıqlı olaraq yaxın 3-5 il ərzində aradan qaldırılacaq.

Qeyd edək ki, müqavilə Avropa Şurası və Avropa Parlamenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Babək Göyüş

© AzNews.az