Tanınmış futbolçudan duyğusal addım

19 Oktyabr 2018 22:08 (UTC+04:00)

İngiltərənin "Bornmut" klubunun futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb.

36 yaşlı hücumçu sabiq komandası "Sanderlend"in azyaşlı azarkeşi Bredli Louerinin adını qoluna döymə etdirib.

Təcrübəli hücumçu həmin anın videosunu şəxsi "Twitter" hesabından paylaşıb.

Qeyd edək ki, Cermeyn Defo 2015 - 2017 illər ərzində "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib.(report.az)

AzNews.az