Koalisiya məscidi bombaladı

19 Oktyabr 2018 22:46 (UTC+04:00)

Suriyada ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri YPG/PKK və İŞİD terror təşkilatlarının döyüşdüyü Deyrizor bölgəsində məscidi bombalayıb.

Koalisiya təyyarələrinin zərbə endirdiyi məsciddə ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur.

Qeyd edək ki, koalisiya təyyarələrinin son iki gündə Deyrizor bölgəsinə etdikləri hücumlar vaxtı ümumilikdə 43 nəfər dinc sakin həyatını itirib.(teleqraf.com)

AzNews.az