Bakıda türk ulduzların iştirakı ilə qala gecəsi olacaq

20 Oktyabr 2018 09:58 (UTC+04:00)

Nizami Kino Mərkəzi noyabrın 7-də kinosevərləri “Dünya hali” romantik komediya filminin qala gecəsi ilə sevindirəcək.

Filmin baş qəhrəmanları - türk ulduzları Murat Dalkılıç və Melis Sezen ekran əsərinin qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Qeyd edək ki, rejissor Ömer Canın çəkdiyi ekran işində aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə doğru gedən yollarından bəhs edir. (Azərtac)

AzNews.az