Camal Qaşıqçının konsulluqda öldürüldüyü etiraf edildi - Son dəqiqə

20 Oktyabr 2018 10:03 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda öldürüldüyünü bildirib.

Ərəbistan hökuməti jurnalistin qətlində təqsirləndirilən 18 nəfərlə bağlı saxlanılma qərarı verib.

Ağ Ev Qaşıqçının ölməsi ilə bağlı təəssüfləndikləri, onun ailəsi, nişanlısı və sevdiklərinə baş sağlığı verdikləri ilə bağlı açıqlama yayımlayıb.

ABŞ prezidenti Donald Tramp isə jurnalistin ölümü ilə bağlı səudiyyəlilərə suallarının olduğunu, bunun üçün Konqreslə birlikdə işləyəcəklərini deyib.

Nurlan AĞA
AzNews.az