Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018 11:33 (UTC+04:00)

DİM-dən AzNews-a verilən məlumata görə,

Bu gün Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə keçirilir və imtahan saat 10:00-da başlayıb.