ABŞ mətbuatından Ərdoğana tərif – “Heç kim onun qədər…”

20 Oktyabr 2018 11:56 (UTC+04:00)

“Səudiyyəli jurnalist Camal Qaşıqçı itkin düşəndən sonra Türkiyə bu hadisəni araşdırmaqdan daha çoxunu etdi. Öz torpaqlarında həyasızca, bir dövlətin dəstəyi ilə təşkil edilən edama bütün dünyanın diqqətini yönəltdi”.

AzNews.az Publika.az-a istinadla xəbər verir ki, bu sözlər ABŞ-ın "Vaşinqton Post" qəzetində C.Qaşıqçı hadisəsi ilə bağlı dərc edilən məqalədə qeyd olunub.

Məqalədə həmçinin C.Qaşıqçı cinayəti ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyindən bəhs edilib: “Heç kim Ərdoğan qədər təzyiq göstərmədi”.

Məqalədə qeyd olunur ki, R.T.Ərdoğan Səudiyyə Ərəbistanını bu cinayətlə bağlı ittiham etməklə bütün dünyanın diqqətini Qaşıqçı cinayətinin araşdırmasına yönəltdi:

“Türkiyə tərəfindən verilən bəzi məlumatlar hadisəni daim canlı tutdu. Bəlkə də, bu, Səudiyyə Ərəbistanının inkar cəhdlərini söndürəcək. Tramp administrasiyasının ən yaxın ərəb müttəfiqi olan Səudiyyə Ərəbustanından uzaqlaşmasına səbəb olacaq”, - deyə qəzetdəki məqalədə vurğulanır.