Arda Turan gələcək matçda oynayacaq?

20 Oktyabr 2018 12:03 (UTC+04:00)

Türkiyənin Başakşehir futbol klubunda oynayan Arda Turannın müğənni Berkayla arasında olan mübahisəyə görə aldığı 10 matçlıq oynamamaq cəzası bitib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arda Turanın nöcvbəti qarşılaşmaya buraxılıb-buraxılnayacağı barədə dəqiq məlumat yoxdur. Yayılan məlumata görə, futbolçu “Kayserispor” komandası ilə matça ehtiyatda olan futbolçu kimi çıxacaq.

Qeyd edək ki, futbolçu Arda Turan bir nüddət əvvəl gecə klubunda müğənni Berkayın həyat yoldaşına söz atıb, aralarında çıxan mübahisə zamanı isə Arda Turan Berkayın burnunu qırıb. Komanda ona oyuna çıxamama cəzası verib.

Nigar CƏFƏR

AzNews.az