Səudiyyə Ərəbistanına necə sanksiya qoyulacaq? - Tramp açıqladı

20 Oktyabr 2018 12:51 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Qaşıqçı skandalı” ilə bağlı Səudiyyə ilə münasibətlərindən danışıb.

Trampın Ərəbistanla silah alveri olduğunu göz önünə gətirsək, onun Səudiyyəyə nə cür sanksiya tətbiq edəcəyi sual altında idi.
Tramp bu məsələ ilə bağlı Ərəbistanla silah satışını qoruyaraq, ona sanksiya tətbiq edəcəyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə prokurorluğunun itkin jurnalist Camal Qaşıqçının ölməsi ilə bağlı etirafından sonra Donald Tramp bu məsələnin Konqreslə birlikdə müzakirə olunacağını bildirmişdi.

Nurlan AĞA
AzNews.az