Siyahıda ikinci film yenə
Amerika kinomatoqrafçılarının çəkdiyi "Sözlər"dir: "Fimdə marağıma səbəb olan əsas məsələ süjetlərin keçidləridir. Bir-biri ilə əlaqəsi olan müxtəlif hekayələr üzərində qurulub. Film həm yüksək aktyor oyunu, həm də müxtəlif dövrlərdə baş verən hekayələri, tutulmayan vədləri, sevgini, uğursuzluqları və bütün yalanların bir gün ifşa olunmaq kimi ehtimalını izləyiciyə aşılayır”.
Onun 3-cü seçimi isə
"Boyalı örtük" filmioldu: "Film 20-ci əsrin 20-ci illərində Çində yaşayan bir ingilis cütlüyünün başına gələn hadisələrdən bəhs edir. Kitti, Volterin sakit təbiətli biri olmağından istifadə edərək, ona xəyanət edir. Xəyanətdən xəbərdar olan Volter, həkim olduğunu əsas gətirərək, arvadını da götürüb ona cəza vermək üçün Çinin vəba xəstəliyi yayılan ucqar kəndinə gedir. Kənddə ölüm-dirim mübarizəsi başlayır. Hamının sağ qalmaq üçün yeganə ümidi olan baş qəhrəman da vəbaya yoluxur və bütün ümidlər tükənir. Kitti həyat yoldaşını bu ekstremal dəhşətdə sevməyə başlayır. Sonda ən böyük cəzası, ərinə dəlicəsinə vurulduqdan sonra onu vəbadan itirməsi olur. Beləliklə, qəhrəman heç bir fiziki güc tətbiq etmədən intiqamını almış olur - öz həyatı bahasına”.
Ümumiyyətlə isə yerli kinomotoqraflardan Rasim Ocaqovun bütün filmlərini sevirəm. (Kaspi.az)