Müğənni Mətanət Əsədovaya zəhər verilib - Video

20 Oktyabr 2018 14:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi ATV-nin "Bizimləsən" proqramında qonaq olub. Canlı yayımda hönkür-hönkür ağlayan sənətçi onu kimlərinsə öldürmək istədiklərini vurğulayıb:

"Oxumağım mənə düşmən oldu. Hətta məni öldürmək də istədilər. 6 ay səsim batdı. Kim elədisə, onu da bildim. Amma o bilmir ki, mən onu bilirəm. Məni hər gün öldürürlər. Allah onlara kömək olsun. Yeməyimə zəhər qatdılar...

Niyə atam deyən sənətə getmədim? Nə qazandım? Xalq bu səsi istəyir. Amma mən istəmirəm bu sənəti. Bir işim var, alınsa, sənətdən gedəcəm. Təpkilərə dözə bilmirəm. Aciz də deyiləm, Allahdan qorxuram. Qoymadılar bu səsi nümayiş etdirim. Dözə bilmirəm. İnsanla bu qədər oynamazlar. Ürəyim əsir…Göründüyüm kimi deyiləm. İçimdəki Mətanəti görməmisiniz”.

Bahar RÜSTƏMLİ
AzNews.az