Raket və artilleriya birləşmələri təlimdə - Fotolar

20 Oktyabr 2018 16:42 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.

AzNews.az