Makqreqor Dağıstana gələrsə ... Həbib Nurməhəmmədov

20 Oktyabr 2018 20:06 (UTC+04:00)

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov atası və məşqçisi Əbdülmanap Nurməhəmmədovun Dağıstana dəvət etdiyi irlandiyalı Konor Makqreqoru respublikada necə qarşılayacağından söz açıb.

Həbib bunu belə təsvir edib:

“Qonaqları layiqincə qarşılamaq bizim üçün müqəddəs işdir. Dağıstan bununla məşhurlaşıb. Düşünürəm ki, orada baxmağa çox şey var. Bəlkə ona güləş zalını göstərdik: Makqreqor güləşə bilmir”.

Nurməhəmmədov əlavə edib ki, mütləq Konoru qonaq edəcək, çünki respublikada ac qonaq olmur.

Xatırladaq ki, oktyabrın 7-də Həbib Nurməhəmmədov Las-Veqasda Konor Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Həlledici döyüşdən sonra idmançıların komandaları arasında dava düşüb. (Axar.az)