Neymardan "Barselona" açıqlaması - O, geri qayıdır?

20 Oktyabr 2018 20:50 (UTC+04:00)

PSJ-nin braziliyalı ulduzu Neymar "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Braziliyalı futbolçu bu barədə şəxsi "Instagram" hesabından açıqlama verib.

Jurnal təsvirlərini paylaşan Neymar KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırıb.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunub. (Qaynarinfo)