Avroliqada 1/4 final həyəcanı
4 Aprel 2013 21:06 (UTC+04:00)
Qol.Az-ın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutacaq. Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutacaq. Türkiyənin "Fənərbaxça" klubu öz meydanında İtaliyanın "Latsio" klubunu qəbul edəcək. Milli komandamızın üzvü Ruslan Abışovun komandasl "Rubin" isə "Çelsi"nin qonağı olacaq. Digər oyunlarda "Benfika" "Nyukasl"ı, "Tottenhem" isə "Bazel"i qəbul edəcək.
AzNews.az