Ər-Riyada qətiyyətli təzyiq göstərilsin - Qaşıqçı olayı böyüyür

20 Oktyabr 2018 20:59 (UTC+04:00)

Beynəlxalq Sərhədsiz Reportyorlar Təşkilatı Camal Qaşıqçının ölümünün açıqlanmasından sonra həqiqətlərin ortaya çıxarılması üçün Ər-Riyada təzyiq göstərilməsi barədə çağırış edib.

Təşkilatın baş katibi Kristof Delor Tvitter hesabından açıqlamasında Ər-Riyada qarşı güclü, qətiyyətli və davamlı təzyiq göstərilməsini gözlədiklərini bildirib. (Axar.az)