Dünyanın ən yaxşı hava limanının adı açıqlandı

20 Oktyabr 2018 21:41 (UTC+04:00)

“Business Traveller Awards” mükafatı versiyasına əsasən, Sinqapurun “Çanqi” hava limanı 2018-ci ilin ən yaxşı hava limanı seçilib.

Amsterdamın “Sxipxol” hava limanı “Avropanın ən yaxşı limanı” nominasiyasının qalibi olub. London “Xitrou”su isə şoppinq sevənlər üçün ən münasib hava limanı kimi qeyd edilib.

Aviaşirkətlər sırasında “British Airways” digərləri üçün əlçatmaz olub: Britaniya şirkəti 3 nominasiya üzrə qalib elan edilib. (Oxu.az)