Merkel də Ər-Riyada səsləndi - Şəffaflıq gözləyirik

20 Oktyabr 2018 22:29 (UTC+04:00)

Camal Qaşıqçının öldürülməsi olayı tam olaraq işıqlandırılmayıb.

Bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

Merkel Səudiyyə Ərəbistanından bu məsələdə şəffaflıq tələb edib:

"Bu hərəkəti ən güclü şəkildə pisləyirik. Səudiyyə Ərəbistanından Qaşıqçının ölüm səbəbi məsələsində şəffaflıq gözləyirik. İstanbuldakı hadisələr barədə yetərli məlumat verilməyib". (Axar.az)