Öldürülən jurnalistin işinə Səudiyyə məhkəməsində baxılacaq

20 Oktyabr 2018 23:52 (UTC+04:00)

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı cinayət işinə Səudiyyə Ərəbistanı məhkəməsi baxacaq.

Bu barədə şənbə günü krallığın ədliyyə naziri şeyx Vəlid bin Məhəmməd əs-Səmaani bildirib.

Nazirin sözlərinə görə, jurnalistlə bağlı hadisə “krallığın suveren ərazisində baş verib”, cinayət işinə məhkəmədə baxılmasına isə bütün zəruri prosedurlar başa çatdıqdan sonra başlanılacaq.

Vəlid bin Məhəmməd əs-Səmaani istintaqın müstəqil aparılacağına dair zəmanət verib. (Oxu.az)