"Rusiya sazişə əməl etmədi, müqaviləni pozacağıq"- Tramp raketlə təhdid etdi

21 Oktyabr 2018 03:29 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib.

"Mən bilmirəm Barak Obama niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə o bildirib.

AzNews.az