Ukrayna döyüş sursatının 40 faizini itirib

21 Oktyabr 2018 12:05 (UTC+04:00)

Son 1,5 ildə hərbi anbarlarda baş verən hadisələr nəticəsində Ukrayna malik olduğu hərbi sursatın 40 faizini itirib.

2017-ci ilin əvvəlindən tapança gülləsindən başlayaraq “Toçka-U” ballistik raketlərinə qədər bütün növ sursatlardan ümumilikdə 210 min ton məhv edilib. Bu isə Ukrayna ordusunun Donbasda keçirdiyi əməliyyat zamanı sərf etdiyi sursatdan 3 dəfə çoxdur.

Qeyd olunur ki, Ukrayna büdcəsi itkiləri bərpa etmək gücünə malik deyil. Məsələn, 152 millimetrlik top mərmisi dünya bazarında 2-3 min dollara satılır.(oxu.az)

AzNews.az