İnternetdə kişilər daha çox vaxt keçirir, səbəbi...

21 Oktyabr 2018 17:03 (UTC+04:00)

İnternet istifadəçilərinin böyük əksəriyyəti kişilərdir, bəzi ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişilərlə müqayisədə 2 dəfə azdır.

Bunu söyləməyə “Inclusive Internet Index” təşkilatının apardığı tədqiqatlar əsas verir.

Orta hesabla, kişilər qadınlara nisbətən 33,5 faiz daha çox internetdən istifadə imkanına malikdirlər. Bu da əsasən qadınların bir çox ölkələrdə qarşılaşdıqları məhdudiyyətlərdən irəli gəlir: təhsil almaq və işləmək imkanlarının mümkünsüzlüyü, aşağı əmək haqqı.

Digər bir səbəb isə internetdən istifadə üçün müəyyən edilən qiymətlərin həddindən artıq yüksək olmasıdır.(oxu.az)

AzNews.az