Kamal Kılıçdaroğlu öldürülsün - İŞİD-dən təhdid

21 Oktyabr 2018 18:13 (UTC+04:00)

Türkiyənin "Milliyet" qəzeti İŞİD lideri Əbubəkr Əl Bağdadinin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun öldürülməsi barədə göstəriş verdiyini yazıb.

Bu barədə İŞİD üzvü Oğuzxan Qorxmaz məlumat verib.

Kılıçdaroğluna 2017-ci ilin 5 iyul tarixində Kocaelidə keçirilən Ədalət Mitinqində sui-qəsd cəhdi edilmiş, lakin terakt baş tutmadan Qorxmaz həbs olunmuşdu.

Terrorçunun telefonunda onun İŞİD lideri Bağdadiyə itaətinin nümayiş olunduğu video ortaya çıxıb. Bu sübutdan sonra Kılıçdaroğlunun ölümü barədə Bağdadinin əmr verdiyi müəyyənləşdirilib. (Qaynarinfo)