Tərəflər Ər-Riyadda uzun görüş keçirmiş, Səudiyyə əsilli müxalif qüvvələr müzakirə mövzusu olmuşdu. Ötən ilin noyabrında 300-dən çox vəzifəli şəxsi, bir çox şahzadəni hədəf alan həbslərin baş tutması, bəzilərinin sirli şəkildə ölümü bu görüşlə əlaqələndirilir. O dövrdə keçirilən əməliyyat 18 milyard dollarlıq sərvəti ilə bilinən şahzadə Əl Valid bin Talala da təsir göstərmiş, şahzadələr bir müddət Ritz Carlton Otelində həbsdə saxlanılmışdı.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əməliyyata dəstək verən fikirlər səsləndirmişdi.
Camal Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Ölkə jurnalistin ölümünü təsdiq edib. (Qaynarinfo)