Türkiyənin Adana şəhərində Selma Cice adlı qadın 3 uşağının başını kəsərək qətlə yetirib.
“Milliyet”ə istinadən verilən məlumata görə, hadisə zamanı qadının həyat yoldaşı işdə olub.
O, 10, 8 və 4 yaşlarında, biri qız olmaqla 3 uşağını dəhlizə toplayaraq başlarını bədənlərindən ayırıb. Daha sonra isə öz biləyini kəsərək intihara cəhd edib. Qatil ana ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır. (Qafqazinfo)