15 nəfər Səudiyyə Ərəbistanından buraya niyə gəlmişdi? - Ərdoğandan Kaşıkçı açıqlaması

21 Oktyabr 2018 19:35 (UTC+04:00)

Xəbər verildiyi kimi bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Üsküdar - Çekmeköy metro xəttinin açılışında iştirak edib.

O, çıxışı zamanı itkin düşən ərəb jurnalisti Cemal Kaşıkçı istintaqı haqda da danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan olayla bağlı açıqlamalarını çərşənbə axşamı keçiriləcək toplantıda verəcəyi bildirib.

"15 nəfər Səudiyyə Ərəbistanından buraya niyə gəldi, 18 nəfər niyə tutuldu? Bunlar tam detalları ilə açıqlanmalıdır", - deyə Türkiyə prezidenti qeyd edib.

Babək Göyüş

© AzNews.az