Qazaxıstanlı jurnalist qızın meyiti tapıldı - FOTO

21 Oktyabr 2018 20:02 (UTC+04:00)

İki gün əvvəl Almatıda itkin düşmüş jurnalist və Hit TV musiqili telekanalın prodüseri Ayqerim Musayevanın meyiti tapılıb.

Bu barədə “Kazinform” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, A. Musayevanın qohumları onun itkin düşməsi barədə iki gün əvvəl polisə müraciət ediblər və sosial şəbəkələrdə kömək istəyiblər.

Ayqerimin yaxınları bildiriblər ki, o, sonuncu dəfə evdən çıxanda özü ilə heç nə götürməyib.

Gənc jurnalistin iki azyaşlı uşağı var. Onun ölümünün təfərrüatı hələlik açıqlanmır. (Oxu.az)