Jurnalistin necə öldürülməsi haqda heç nə bilmirik - Səudiyyəli nazir

21 Oktyabr 2018 20:26 (UTC+04:00)

"Səudiyyə Ərəbistanının rəhbərliyi Cemal Kaşıkçının ölüm səbəbləri və meyitinin harada olduğu haqda heç bir informasiyaya malik deyil".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri krallığın xarici işlər naziri Adel əl-Cubeyr səsləndirib.

Fox News telekanalına müsahibə verən nazir əlavə edib ki, jurnalistin ölümündə günahı olan hər kəs öz cəzalarını alacaqlar: "Bunun üçün bütün dəlillər sübuta yetirilməlidir".

"Biz öyrənmişik ki, Kaşıkçı konsulluqda öldürülüb. Ancaq onun necə öldürülməsi və meyitinin harada olması haqda heç nə bilmirik", - deyə Adel əl-Cubeyr qeyd edib.

Babək Göyüş

© AzNews.az