Silahlı əsgər hərbi hissədən qaçdı, adamları girov götürdü - FOTO

22 Oktyabr 2018 11:44 (UTC+04:00)

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qaziantepdə baş verib.

Bir əsgər, hərbi hissədən silah götürərək qaçıb.

O, “G3” tüfəngi ilə bir alış-veriş mərkəzinə (AVM) daxil olub və oradakı mağazanın işçilərini girov götürüb.

Hadisə yerinə çox sayda əsgər və polis cəlb olunub.

Əsgər saxlanılıb, girovlar azad edilib.



Nurlan AĞA
AzNews.az