Bakıda ölüm qəsdi - Arvadını və rəfiqəsini bıçaqladı

22 Oktyabr 2018 12:06 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkina və onun rəfiqəsi Elmira Mirzəyevanı bıçaqlayıb.

30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən A.Çesnakov saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az