Qənirə Paşayeva atəş açdı Video

22 Oktyabr 2018 12:59 (UTC+04:00)

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva ağır silahdan atəş açıb.

AzNews.az Türkiyə mətbuatının dərc etdiyi məlumata istinadən xəbər verir ki, Kırıkkale Maşın Kimya Sənayesinin Silah Fabrikini ziyarət edən Paşayeva atış poliqonunda olub. O, türk silahı olan Milli Piyada Tüfəngi MPT-76 ilə hədəfə atəş açıb.

Sonra Silah Fabrikinin müdiri Derviş Mehmet Ocakcıoğlu zavodda istehsal olunan silahlar haqqında məlumat verib.

© AzNews.az