Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi

22 Oktyabr 2018 13:02 (UTC+04:00)

Azərbaycanlı biznesmen sayəsində Rusiyada şantajla məşğul olan cinayətkar qruplaşmanın beş üzvü yaxalanıb.

Bununla bağlı Rusiya KİV-də məlumat yayılıb.

Cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq “haqq” tələb edib. O isə bunu ödəməkdən imtina edib.

Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dolları - red.) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır. (Oxu.Az)

© AzNews.az