“Qarabağ” - “Vorskla” - İsraillilərə tapşırıldı

22 Oktyabr 2018 15:36 (UTC+04:00)

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununa hakim təyinatları açıqlanıb.

AzNews.az xəbər verir ki, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Reinşreyber olacaq.

Oktyabrın 25-də Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçı saat 20:55-də start götürəcək.

Baş hakim: Roi Reinşreyber

Köməkçi hakimlər: Danni Krasikou, David Elias Bitton

Dördüncü hakim: Amihay Yehoşua Mozes

Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (hamısı İsraildən)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

UEFA nümayəndəsi: Kazimierz Oleszek (Polşa)

© AzNews.az