Kosmosdan Yerə 20 radio siqnal ötürüldü- - 425 milyon işıq ili uzaqdan gəldi

22 Oktyabr 2018 17:45 (UTC+04:00)

Astroloqlar son bir ildə Kosmosun dərinliklərindən gələn 20-ə yaxın radio siqnal təsbit ediblər.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliyadaki Svinburne Texnologiya Universitetində çalışan Ryan Şannoun yüksək texnologiyalı teleskoplarla apardığı araşdırmalarda kosmosdan bir ildə 20 radio siqnal aldıqlarını bildirib.

Alim 20 radio siqnalın ən yaxınının 425 milyon işıq ili uzaqlığında olduğunu deyib.

Bəzi mütəxəssislər bu siqanlların Kosmosda yaşayanlar tərəfindən göndərildiyini deyir.

Araşdırmanın nəticələri "Nature" jurnalında yayımlanıb.

Nigar CƏFƏR

AzNews.az